Bank Of Baku

FHN Qarabağ Regional İdarəsi Tərtər rayon İcra Hakimiyyəti ilə birgə irimiqyaslı təlim keçirib – FOTOSESSİYA

FHN Qarabağ Regional İdarəsi Tərtər rayon İcra Hakimiyyəti ilə birgə irimiqyaslı təlim keçirib – <font color=red>FOTOSESSİYA </font>
# 23 fevral 2012 13:09 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional İdarəsi Tərtər rayon İcra Hakimiyyətinin müvafiq strukturları ilə birgə irimiqyaslı təlim keçirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimdə əsasən yanğından mühafizə, zərərçəkənlərin hadisə yerindən çıxarılması və onlara tibbi yardımın göstərilməsi, ekstremal şəraitlərdə mülki əhalinin müdafiəsi, ətrafa yayılmış radioaktiv maddələrin müəyyən edilməsi və nəticələrin aradan qaldırılması, həmçinin başqa bu kimi vəziyyətlərin idarə olunmasında normativlərin düzgün yerinə yetirilməsinə diqqət yönəldilib. Təlimdə FHN Qarabağ Regional İdarəsinin qüvvələri ilə yanaşı Tərtər rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli səhiyyə şöbəsinin personalı və başqa aidiyyatı qurumların təmsilçiləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov jurnalistlərlə söhbətində bildirib ki, rəhbərlik etdiyi rayon cəbhə bölgəsində yerləşdiyindən, belə təlimlərin keçirilməsinə, eyni zamanda aidiyyatı idarə və təşkilatların əməkdaşlarında çətin şəraitlərdə çalışmaq bacarığının aşılanmasına ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR