Bank Of Baku

Azərbaycanlı alim ABŞ Milli Alimlər Assosiasiyasının fəxri üzvü seçilib

Azərbaycanlı alim ABŞ Milli Alimlər Assosiasiyasının fəxri üzvü seçilib
# 23 fevral 2012 14:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Ətqan Abdullayev ABŞ Milli Alimlər Assosiasiyasının fəxri üzvü seçilib. ADU-nin
mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məlumat ABŞ Milli Alimlər Assosiasiyasının prezidenti, professor Peter Vyatt Vundun imzası ilə göndərilmiş məktubda öz əksini tapıb. Qeyd olunub ki, bu nüfuzlu elmi cəmiyyətə xarici vətəndaşlar ancaq ABŞ universiteti professorlarının təqdimatı əsasında seçilir. Professor Ə. Abdullayevin ABŞ Milli Alimlər Assosiasiyasına fəxri üzv seçilməsi Kaliforniyadakı Berkli universitetinin Dilçilik İnstitutunun tövsiyəsi əsasında olub.
Qeyd edək ki, professor Ə. Abdullayev 2009-cu ilin iyul - avqust aylanında Berkli universitetinin Dilçilik İnstitutunda yay sessiyasında mühazirələr oxuyub. O, 100-dən çox elmi məqalənin, 6 kitabın (3 kitabı ingilis dilində xaricdə nəşr olunub) müəllifidir. 2002-ci ildən ADU-nun professorudur. ABŞ, İran, Rusiya, İngiltərə, Almaniya, Türkiyə, Polşa, Rumıniya, Macarıstan, İspaniyada müxtəlif beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR