Bank Of Baku

Fizuli Ələkbərov Tovuzun Vahidli kəndində “Özünədəstək” layihəsinə cəlb olunmuş ailələrlə görüşüb - FOTO

Fizuli Ələkbərov Tovuzun Vahidli kəndində “Özünədəstək” layihəsinə cəlb olunmuş ailələrlə görüşüb - <font color=red>FOTO</font>
# 23 fevral 2012 14:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu gün Tovuz rayonunun Vahidli kəndində ötən ilin mart ayında “Özünədəstək” Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş ailələrlə görüşüb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirin həmin ailələrlə tanışlığı zamanı onların verilmiş mal-qaradan səmərəli istifadə etdikləri və öz təsərrüfatlarını tədricən genişləndirdikləri məlum olub. Ötən müddətdə verilmiş mal-qaranın sayının nisbətən artdığı, ümumən bu proqramın həmin ailələrin daimi məşğulluğuna, işgüzarlığının yüksəlməsinə, onların yaşayışına müsbət təsir göstərdiyi bildirilib. Kənd camaatı aztəminatlı ailələrin yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün onların mövcud imkanları nəzərə alınmaqla layihəyə cəlb edilməsinin məqsədyönlü və effektli bir tədbir olduğunu deyiblər. Layihənin digər bölgələrdə də davam etdiriləcəyini bildirən nazirin sözlərinə görə, əsas məqsəd aztəminatlı ailənin ünvanlı yardımdan asılılığını aradan qaldırmaq, ona öz potensialını reallaşdırmaq və gəlirlərini artırmaq üçün müvafiq şəraiti yaratmaqdır.
Görüşdə bu layihənin icrasının Tovuz rayonunun təmas xəttində yerləşən digər kəndlərində də davam etdirilməsi qərara alınıb.
Qeyd olunub ki, ölkə prezidentinin sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, “Özünədəstək” layihəsinin ilkin olaraq Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində sınaq işlərinə başlanılıb. 1150 sakinin yaşadığı 325 ev təsərrüfatına malik kənddə ünvanlı yardım alan 52 ailədən 18-nə orta aylıq ünvanlı yardımın bir illik məbləği müqabilində öz istəkləri əsasında mal alınıb verilib və onlar həmçinin ot bağlamaları ilə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR