Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir, Bakıda 13 dərəcə isti olacaq

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir, Bakıda 13 dərəcə isti olacaq
# 24 fevral 2012 08:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.

Fevralın 26-da hava əsasən yağmursuz keçəcək, mülayim cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 26-da da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR