Bank Of Baku

İlham Rəhimovun rus dilində çap olunan “Cinayətkarlıq və cəza” kitabının təqdimatı keçirilib

İlham Rəhimovun rus dilində çap olunan “Cinayətkarlıq və cəza” kitabının təqdimatı keçirilib
# 24 fevral 2012 12:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetində (BDU) hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünası İlham Rəhimovun rus dilində çap olunan “Cinayətkarlıq və cəza” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimatda bildirilib ki, monoqrafiya cinayətkarlıq kimi sosial hadisənin və cinayət cəzalarının köklü problemlərinin və onların səciyyəvi xüsusiyyətlərinin təhlilinə həsr edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov və digər qonaqlar əsərdə müasir cinayətkarlığın spesifik xüsusiyyətləri, onunla mübarizənin yeni üsullarının, vasitə və metodlarının tətbiqi məsələləri, eləcə də, cinayətkarlıqla mübarizədə cəzanın zəruriliyi və labüdlüyü ilə bağlı məsələlərin çox geniş nəzərdən keçirildiyini vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, kitab ali məktəblərin hüquq fakültələrinin tələbələri, müəllimləri və aspirantlar üçün nəzərdə tutulub. Kitabdan cinayətkarlıq və cəza məsələləri ilə maraqlanan geniş oxucu kütləsi də faydalana bilər.

Yığıncaqda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki Aleksandr İvanoviç Bastrıkin və hüquq elmləri doktoru, professor Yuriy Vladimiroviç Qolik də nəşrin əhəmiyyəti haqqında danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR