Bank Of Baku

Azərbaycanın “Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi” işə düşüb

Azərbaycanın “Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi” işə düşüb
# 24 fevral 2012 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın “Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi” işə düşüb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, fevralın 17-dən “Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi”nin istifadəyə verilməsi ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin məsul şəxs və operatorlarına sistemə giriş üçün bağlantı parametrlərinin verilməsi prosesinə başlanıb. Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin əksər hissəsi sistemə qoşulmaq üçün müvafiq bağlantı parametrləri alıb və sistemə qoşulublar.
Fevralın 27-dən 29-dək isə Gəncə, Şəki şəhərləri və ətraf yaşayış məntəqələrində yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxs və operatorları üçün treninq təşkil olunacaq, onlara və ali təhsil müəssisələrinin məsul şəxs və operatorlarına sistemə bağlantı parametrləri veriləcək.
Qeyd edək ki, “Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi”nə 1992-ci ildən indiyədək Azərbaycanda ali məktəblərə qəbul olan və bitirən şəxslər haqqında məlumat daxil edilib. Məlumat Sisteminin bazasında 2 milyondan artıq insan haqqında məlumatlar yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR