Bank Of Baku

Qəbələdə Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilib

Qəbələdə Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilib
# 24 fevral 2012 18:18 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Dövlət Baytarlıq Xidməti fevralın 24-də Qəbələ rayonunda 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş zona müşavirəsi keçirib. APA-nın məlumatına görə 13 şəhər və rayonun baş baytar həkimlərinin, zona baytarlıq laboratoriyaları, eləcə də diaqnostika kabinetləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova qurumun keçən il gördüyü işlər barədə məlumat verib. Dövlət Baytarlıq Xidməti ötən il brusellyoz xəstəliyinin ləğvi istiqamətində göz-damla üsulunu tətbiq etməklə mühüm irəliləyişlər əldə edib. Əgər 2002-2003-cü illərdə 650-700 insan brusellyoz xəstəliyinə yoluxurdusa, hazırda bu göstərici 50 faizə yaxın aşağı enib. Dövlət Baytarlıq Xidməti ötən il quş qripinə qarşı da mühüm tədbirlər aparıb. Müvafiq qurumlarla birlikdə 7 dəfə monitorinq keçirilməsi mümkün olub. Ölkə ərazisində həm çöl, həm də ev quşlarına görə aparılan bu monitorinqlər zamanı götürülüb, 9081 nümunə (qan və patoloji material) Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib və nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisinə təsadüf edilməyib. Heyvanlar arasında vaksinasiya tədbirləri həyata keçirilib, quduzluq xəstəliyini aşkar etmək üçün 71 nümunədə laboratoriya müayinəsi aparılıb. Onlardan yalnız 32-si müsbət olub.
Tədbirdə Xidmətin sektor müdirləri Kliment Əsədov, Ramiz Salmanov, Eldəniz Zeynalov, mətbuat mərkəzinin rəhbəri Yolçu (Xanvəli) Həsənov, Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyev, brusellyoz və vərəm əleyhinə respublika ekspedisiyasının rəisi Rahib Abdullayev, epizootiya əleyhinə respublika ekspedisiyasının rəis əvəzi Eldar Xankişiyev və başqaları çıxış edərək 2011-ci ildə əldə edilən nailiyyətlərdən və iş zamanı müşahidə edilən çətinliklərdən danışıb, qarşıda duran vəzifələr barədə fikir və tövsiyələrini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR