Bank Of Baku

Masallıda qanvermə aksiyası keçirilib - FOTO

Masallıda qanvermə aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 25 fevral 2012 11:07 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bu gün Masallı Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq Rayon İcra Hakimiyyəti, yerli hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, o cümlədən yüzlərlə rayon sakini soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qanvermə aksiyasına qatılıblar.

Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun təşkilatçılığı ilə baş tutan aksiya zamanı götürülən qan Respublika Qan Bankına təhvil veriləcək və talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsi üçün istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR