30 il əvvəl Füzuli rayonu ərazisində itkin düşən şəhid Əhməd Tahir oğlu Babaşovun qalıqları doğulduğu Biləsuvar rayonunda dəfn olunub.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, şəhidin qalıqları Biləsuvar rayonunun Bağbanlar kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
***
12.54
30 il əvvəl Füzuli rayonu ərazisində itkin düşən şəhid Əhməd Tahir oğlu Babaşovun qalıqları doğulduğu Biləsuvar rayonuna gətirilib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, şəhidlə Biləsuvar rayonunun Bağbanlar kəndində, yaşadığı evdə vida mərasimi keçirilir.
Vida mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Əhməd Tahir oğlu Babaşov 1974-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı 31.08.1993-cü ildə Füzuli rayonunun Kürmahmudlu kəndi ərazisində itkin düşüb.
Şəhid Əhməd Babaşovun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilən kütləvi məzarlıqda tapılıb.
Şəhidin qalıqları Bağbanlar kənd qəbiristanlığında dəfn olunacaq.