Bank Of Baku

845 qram doğulan körpənin səhhəti açıqlanıb

845 qram doğulan körpənin səhhəti açıqlanıb
# 24 may 2023 16:53 (UTC +04:00)

TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində 38 yaşlı pasiyent Əzizova Nargilə hamiləliyinin 28-ci həftəsində kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozu ilə daxil olub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, pasiyent 02.03.2023-cü il saat 00:40 radələrində tibb müəssisəsində keysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gətirib. Körpə ilk olaraq Mərkəzin Yenidoğulmuşların reanimasiya şöbəsinə, daha sonra isə Patologiya şöbəsinə yerləşdirilib.

79 gündən sonra 18.05.2023-cü il tarixində kafi vəziyyətdə evə yola salınan körpənin çəkisi 1, 450 qram olub.

Qeyd edək ki, körpənin müalicə müddətindəki xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR