Aİ-nin dəstəyi Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaq

Aİ-nin dəstəyi Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaq
# 22 iyun 2020 14:18 (UTC +04:00)

Bu gündən başlayaraq, Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertəri EkoPortalın idarə edilməsi üzrə online potensialın formalaşdırılması təlimi keçirəcək.

Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib ki, ətraf mühitə dair informasiyanın, o cümlədən su - planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyəti olan resurs haqqında informasiyanın paylaşılması təlimin əsas diqqət mərkəzində dayanacaq. Bu potensialın formalaşdırılması təlimi Avropa İttifaqının yaşıl inkişafı təşviq etmək və Şərq Tərəfdaşlığı məkanında rəqəmsallaşma üzrə məqsədlərinə uyğundur.

Azərbaycanın EkoPortalı ölkədə biliklərə əsaslanan qərar qəbul edilməsi üçün əsas yaratmaq məqsədilə su ehtiyatlarının idarə olunmasına cavabdeh qurumlar arasında məlumat və informasiyanın paylaşılmasına dəstək verəcək.

Avropa İttifaqının dəstəyi ilə, Azərbaycanda su keyfiyyətinə dair məlumatlar Avropa Su İnformasiyası Sisteminin (WISE) su keyfiyyəti məlumatları lüğətinin tələblərinə uyğunlaşdırılmışdır. Hazırda həmin məlumatlar Avropa məlumat topluları ilə uyğunluq təşkil edir. Eynilə də, su keyfiyyəti məlumatlarına əsasən işlənib hazırlanıb və EkoPortalda dərc edilmiş göstəricilər Avropa Ətraf mühit Agentliyinin indikator şablon formatını rəhbər tutur. Bu, Azərbaycanda su ehtiyatlarının vəziyyətini qonşu ölkələrlə, eləcə də Avropa İttifaqının istənilən üzv dövləti ilə müqayisə etməyə imkan yaradacaq. Regional əsasda müqayisə oluna bilən göstəricilərə malik olmaq milli və regional səviyyədə biliklərə əsaslanan siyasi dialoqu dəstəkləyəcək.

İşlənib hazırlanmış göstəricilər toplusu həmçinin geniş ictimaiyyətə gündəlik həyatlarında və həyat səviyyələri və rifahlarının əsasını təşkil edən istisadi fəaliyyətlərində etibar edəcəkləri su ehtiyatlarının mövcudluğu və onun keyfiyyəti barəsində informasiya əldə etməsinə şərait yaradacaq.

EkoPortal bütün göstəricilərin mövcud olduğu bir platformadır. Həmçinin, bir çox digər məlumatlar sudan istifadə edənlər, tədqiqat ictimaiyyəti, regional və qlobal qiymətləndirmələr üzrə milli məlumatlardan ciddi dərəcədə asılı olan beynəlxalq təşkilatlar kimi daha geniş maraq qruplarının mənafeyinə xidmət edəcək.

Sistemin funksionallığı və EkoPortalın dizaynı Avropa Su İnformasiyası Sistemindən (WISE) əsalanaraq tərtib edilib. Vətəndaşlar, ekspertlər, sudan istifadə edənlər və elmi ictimaiyyət müxtəlif məlumat bazalarına çıxış əldə edə və Azərbaycanın su keyfiyyəti məlumatlarını Avropa İttifaqının üzv dövlətlərinin məlumatları ilə müqayisə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR