Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyinin səviyyəsi artırılıb

Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyinin səviyyəsi artırılıb
# 16 dekabr 2020 14:40 (UTC +04:00)

Daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, sıx məskunlaşmanın və təhsil müəssələrinin olduğu bu küçədə mövcud eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.

Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edili, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR