Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.
Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər - FOTO
25 aprel 2021 12:39 (UTC +04:00)
Sosial
Gəncənin icra başçısı sakinlərlə görüşüb
18:24
1 may 2024
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
17:50
1 may 2024
Qarabağ atları Britaniyada “Vindzor Kral Atçılıq Şousu”na qatılıb
17:45
1 may 2024
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər
17:16
1 may 2024