Bank Of Baku

ABŞ Səfirliyi ADU-da “EducationUSA” məzun sərgisinə qoşulub

ABŞ Səfirliyi ADU-da “EducationUSA” məzun sərgisinə qoşulub
# 20 may 2023 16:48 (UTC +04:00)

Mayın 20-də ABŞ səfirliyi Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində “EducationUSA”in 13-cü Məzun Sərgisinə qoşulub.

Bu barədə APA-ya səfirlikdən bildirilib.

Qeyd edilib ki, tədbir perspektivli bakalavr tələbələri və məzunlar üçün ABŞ kollec və universitetlərində təhsil imkanları haqqında məlumat əldə etmək imkanı yaradıb.

Sərgidə tələbələrlə söhbət etmək, sualları cavablandırmaq və Birləşmiş Ştatlarda təhsili təşviq etmək üçün ABŞ-da təhsil almış azərbaycanlı tələbələr ABŞ diplomatları ilə birgə iştirak ediblər. Tədbirdə tanınmış dövlət universitetləri, icma və humanitar kollecləri də daxil olmaqla ABŞ-ın 30-dan çox ali təhsil müəssisəsinin nümayəndələri qatılmışdır. Sərgidə iştirak edən məzunlar ABŞ-da ali təhsil almaq üçün böyük seçim imkanlarını izah ediblər, eyni zamanda müxtəlif kollec və universitetlər barədə danışaraq, hər bir tələbəyə ona uyğun olan ali məktəbi tapmaq üçün müxtəlif imkanları araşdırmağı məsləhət veriblər.

ABŞ-ın Müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə iştirak edərkən deyib: “Biz bu gün ABŞ-ın 30-dan çox müxtəlif ali təhsil müəssisəsini azərbaycanlı və amerikalı məzunlarla təmsil etməkdən məmnunuq. Bu gün tanış olduğum bir çox perspektivli gənc tələbələrə dediyim kimi, ABŞ-da dünyanın ən yaxşı universitetləri, və kollecləri var. Təlimatın keyfiyyəti, güclü məzunlar şəbəkəsi və məktəbdənkənar fəaliyyətlər ABŞ-da təhsil almağı əla fürsətə çevirir”.

“EducationUSA” ABŞ Dövlət Departamentinin 170-dən çox ölkəsində 400-dən çox beynəlxalq tələbə məsləhət mərkəzini birləşdirən şəbəkəsidir. Şəbəkə ABŞ-da akkreditə olunmuş ali təhsil müəssisələrində təhsil almaq imkanları haqqında dəqiq, hərtərəfli və aktual məlumatlar təqdim etməklə bütün dünyada tələbələrə ABŞ ali təhsilini təbliğ edir. “EducationUSA” ABŞ ali təhsili ilə bağlı rəsmi mənbənizdir.

Bakıdakı “EducationUSA Məsləhət Mərkəzi” “Beynəlxalq Təhsil üzrə Amerika Şuraları”nın bir hissəsidir. “EducationUSA” ABŞ-nin Bakıdakı səfirliyinin dəstəyi ilə hər il iki sərgiyə ev sahibliyi edir: “ABŞ Ali Təhsil Sərgisi” və “EducationUSA Məzun Sərgisi.Bunlara əlavə olaraq, “EducationUSA” “Dayanıqlı Təbliğat Proqramı”nı və “Rəqabətli Kollec Klubu”nu dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR