ADA Universiteti ilə Gürcüstanın üç dövlət universiteti arasında əməkdaşlıq və tələbə mübadiləsinə dair memorandumlar imzalanıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, imzalanma mərasimi Tbilisidə Gürcüstanın Elm və Təhsil nazirliyində baş tutub.
Memorandumları ADA Universitetinin rektoru Hafiz Paşayev Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, Gürcüstan Texniki Universitetinin və Kutaisi Beynəlxalq Universitetinin rektorları ilə ayrı-ayrılıqda imzalayıb.
Mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmilər iştirak ediblər.