Alban-Udi xristian dini icması üzvlərinin və KİV nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb

Alban-Udi xristian dini icması üzvlərinin və KİV nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb
# 11 may 2021 08:15 (UTC +04:00)

Mənəvi Dəyərlərin Təbliği Fondunun ve Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə işğaldan azad olunan Laçın rayonuna səfər təşkil olunub.

Fonddan APA-ya verilən məlumata görə, səfərdə məqsəd Laçın rayon ərazisində yerləşən qədim alban məbədi olan Ağoğlan monastırında olmaq, Pasxa bayramını qeyd etməkdir.

Pasxa bayramı münasibəti ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının üzvləri və mətbuat nümayəndələri iştirak edir.

Qeyd edək ki, Ağoğlan monastırı Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə Kosalar kəndində yerləşən V-VI əsrlərə aid bazilikadır. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı - Ağoğlan monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb, hətta adını dəyişib "Sisernavank" qoyublar. Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox edərək ərazini tərk ediblər.

Xatırladaq ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR