Son 6 ildə müəllimlərin yerdəyişmə müsabiqəsi çərçivəsində 8000 müəllimin iş yeri dəyişdirilib.
APA xəbər verir ki, bunu Təhsil İnstitutunun (ARTİ) İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, ötən ildən tətbiq olunan müəllimlərin qarşılıqlı iş yerlərinin dəyişdirilməsi çərçivəsində isə bu ilin sonuna qədər iş yerlərini dəyişdirmiş müəllimlərin sayı 300 nəfərə çatacaq.