Bank Of Baku

ATƏT sədri Kiyevə səfər edib

ATƏT-in Baş katibi Ferridun Sinirlioğlu, Ukraynanın xarici işlər Andrey Sibiqa, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis

© APA | ATƏT-in Baş katibi Ferridun Sinirlioğlu, Ukraynanın xarici işlər Andrey Sibiqa, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis

# 02 fevral 2026 15:18 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis bu gün Kiyevə səfər edib.

APA xəbər verir ki, bu barədə nazir “X”-də paylaşım edib.

Kassislə birlikdə ATƏT-in Baş katibi Ferridun Sinirlioğlu da Ukrayna paytaxtına gedib.

Səfər çərçivəsində Ukraynadakı mövcud təhlükəsizlik vəziyyətinin, eləcə də ATƏT-in bölgədəki fəaliyyətinin müzakirə olunacağı gözlənilir.

“ATƏT-in dialoq üçün platforma kimi rolunu və beynəlxalq hüquqa, eləcə də Helsinki prinsiplərinə uyğun ədalətli və davamlı sülhün əldə olunmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu təsdiqləmək üçün burdayam”, – Kassis yazıb.

İqnatsio Kassis, eyni zamanda, Moskvaya səfər etməyi planlaşdırdığını da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR