Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 706 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 351 nəfər müalicə olunaraq sağalıb, 10 270 nəfər vəfat edib, aktiv xəstə sayı 89 nəfərdir.
Ölkədə son sutka ərzində 1 015, hazırkı dövrədək isə 7 608 942 test aparılıb.