Azərbaycanda ilk dəfə elektron su xəritəsindən istifadə olunmağa başlanıb.
APA xəbər verir ki, bunu Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib. O bildirib ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək olur:
"Əvvəllər bu, lokal şəkildə olub. İndi isə idarəolunan şəkildədir. Bu xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir".