Aprelin 28-də Serbiyanın paytaxtı Belqrad şəhərində Serbiya-Azərbaycan Biznes Forumu keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, Forum Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində keçiriləcək və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) tərəfindən birgə təşkil olunacaq.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar Serbiya-Azərbaycan biznes forumunda iştirak etməyə dəvət olunurlar.
Forumda iştirak etmələri ilə bağlı bütün xərclər sahibkarlar tərəfindən qarşılanacaq.
Tədbirdə iştirak etmək istəyən sahibkarlar 17 aprel 2023-cü il tarixinədək AZPROMO-ya müraciət edə bilərlər.
Əlaqə: Tel.: (+994 12) 598-01-47/48 (daxili 3641).
E-mail: [email protected]