Bank Of Baku

Bu il 20 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Bu il 20 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
# 18 may 2023 11:00 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-aprel aylarında əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.

Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunublar.

Bu dövr ərzində əlilliyi olan 4499 şəxs 26219 reabilitasiya vasitəsi ilə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR