Bu il Azərbaycan Tibb Universitetində əczaçılıqla bağlı 4-5 master proqram açmağı planlaşdırırıq.
APA xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmçinin kliniki psixologiya, fizioterapist ixtisası üzrə master proqramları yaratmaq da nəzərdə tutulub:
"Əmək bazarı sürətlə dəyişir. Son illərdə klassik ixtisaslarla yanaşı bir sıra master və bakalavr proqramları yaradılır".
Nazir qeyd edib ki, ən vacib məsələlərdən biri də tələbələrin praktik vərdişlərinin yaxşılaşdırılmasıdır. Bunun üçün müəyyən simulyator və robotlardan istifadə etməyə başlanılıb.