Bank Of Baku

Bulvarda intihara cəhd edən qadının övladı atasının himayəsinə verilib

Bulvarda intihara cəhd edən qadının övladı atasının himayəsinə verilib
# 24 may 2023 13:02 (UTC +04:00)

Ötən gün bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.

Bu barədə APA-ya Komitədən məlumat verilib. Bildirilib ki, səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib.Qadının üç uşağı olduğu müəyyən edilib. Hal hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir. Azyaşlı uşaq atasının himayəsinə verilib. Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR