Bank Of Baku

Cəlilabadda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO - ADLAR

Cəlilabadda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO  - ADLAR
# 08 oktyabr 2023 22:14 (UTC +04:00)

Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb.

Onlar "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü - Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Aqil Nadir oğlu Əhmədov, "Mercedes" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nizami Səfərov və sərnişini, paytaxt sakini 1982-ci il təvəllüdlü Yeganə Quliyevadır.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

***

Saat 20:27

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

"VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR