Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər.
Bunu APA-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, qanunvericilik buna icazə verir:
“Biz bu istiqamətdə təkliflər vermişik. Təhsil tələbə kreditləri texniki peşə səviyyəsində təhsil alanlara da şamil ediləcək. Bu, yenilikdir. Ümid edirik ki, 2023-2024-cü ildə peşə təhsili müəssisələrinə qəbul olan tələbələr bu kreditlərdən faydalana biləcəklər”.