Bank Of Baku

Cıdır mövsümünün növbəti yarışı keçirilib - FOTO

Cıdır mövsümünün növbəti yarışı keçirilib - FOTO
# 20 may 2023 18:34 (UTC +04:00)

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 2023-cü ilin Cıdır mövsümünün növbəti yarışı keçirilib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən xəbər verilib.

Yarış 3 müxtəlif kateqoriya – İngilis təmizqanlı, Qarabağ və Dilbaz təmizqanlı atlar arasında, Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunub.

Yarışda 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 3 yaş və yuxarı Dilbaz və İngilis atları 1400 metr, 4 yaş və yuxarı Qarabağ atları 1600 metr məsafədə güclərini sınayıb.

Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda ilk cıdırda 1000 metr məsafədə birinci yeri “Dəniz”, ikinci cıdırda 1000 metr məsafədə birinci yeri “Şahbulaq”, üçüncü cıdırda 1400 metr məsafədə birinci yeri “Atilla”, dördüncü cıdırda 1400 məsafədə birinci yeri “Bar Bar”, beşinci cıdırda isə 1600 məsafədə birinci yeri “Zilaxar” ləqəbli at qazanıb.

Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR