Deputat: "Azərbaycan Prezidenti bizim qazi Prezidentimizdir, qazi adını verməliyik"

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 30 sentyabr 2021 12:48 (UTC +04:00)

“Azərbaycan Prezidenti bizim qazi Prezidentimizdir. O birbaşa həm informasiya savaşında, həm də döyüşdə birbaşa bu savaşın iştirakçısı oldu”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Mustafa Kamal Atatürkün adının qarşısına qazi adı onun qazandığı zəfərə görə verilmişdi: “Biz də Prezident İlham Əliyevin adının qarşısına qazi adını verməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR