Bank Of Baku

Dövlət Agentliyi: Ümumi təhsil sistemindən çıxan şəxslərin təqribən 40 faizə yaxını əmək bazarına kvalifikasiyasız daxil olur

Dövlət Agentliyi: Ümumi təhsil sistemindən çıxan şəxslərin təqribən 40 faizə yaxını əmək bazarına kvalifikasiyasız daxil olur
# 24 may 2023 13:20 (UTC +04:00)

Ali təhsil kurrikulumuna baxsanız, daha çox nəzəri olduğunu görərsiniz. Bizdə isə əksər hallarda proqramın 70 faizi praktikidir.

Bunu APA-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, yüksək texniki peşə proqramı son 3 ildə tətbiq olunur:

“Bu il bizim ilk pilot proqramımızdan 40 nəfər məzun olacaq. Biz nəticələri izləyəcəyik və yəqin ki, növbəti 3-5 il ərzində proqramların effektiv olub-olmadığını qiymətləndirəcəyik. Biz hər iki təhsil pilləsində bu ixtisasların olmasından narahat deyilik. Ölkədə elə rəqəmlər var ki, əslində ondan narahat olmalıyıq.

Məsələn, ümumi təhsil sistemindən çıxan şəxslərin təqribən 40 faizə yaxını nə ali, nə orta, nə də peşə təhsilinə getmədən əmək bazarına kvalifikasiyasız daxil olur. Həmin vətəndaşların təhsilin istənilən pilləsinə daxil olması üçün dövlət imkanlar yaradır. Digər tərəfdən, əmək bazarında kimin uğurlu olacağı müəssisələrin öz işini nə qədər effektiv qurmasından asılı olacaq. Biz hər il proqramlarımızı işəgötürənlərlə müzakirə etməyə çalışırıq. Əvvəllər öyrədilən hər hansısa səriştəyə iki il sonra ehtiyac olmaya bilir. İxtisaslar sıradan çıxır. Bu baxımdan hansısa yeniliklər varsa, onu proqramlarımızda tətbiq edirik. Məncə rəqabətdən çəkinmək lazım deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR