Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DİN), Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq Qarabağdakı lokal xarakterli antiterror tədbirləri ilə bağlı brifinq keçirir.
APA xəbər verir ki, brifinqdə DTX mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, DİN-nin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev, DSX Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak edir.