Bank Of Baku

Ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinqlərə başlanılıb

Ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinqlərə başlanılıb
# 18 may 2023 12:54 (UTC +04:00)

Mayın 1-dən etibarən ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə ARTİ tərəfindən monitorinqlərin keçirilməsinə başlanılıb.

Bu barədə APA-ya Təhsil İnstitutundan xəbər verilib.

Monitorinqlərin keçirilməsində məqsəd Respublika üzrə IV və V siniflərdə Azərbaycan dili (tədris dili və dövlət dili) və riyaziyyat, IV siniflərdə ingilis dili və VI siniflərdə təbiət fənni üzrə yeni hazırlanmış dərsliklərin istifadəsinin müşahidəsi, tədris zamanı ortaya çıxan çətinliklərin araşdırılması, pilot siniflərdə dərs deyən müəllimlərin yeni dərsliklərin məzmunu ilə bağlı irad və təkliflərin öyrənilməsi, həmin siniflərin şagirdlərinin dərslikdəki mövzuları mənimsəməsini yoxlamaqdır. Sonda monitorinqin nəticələri ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə təhlil olunacaq və müəllif komandasına göndəriləcək.

Qeyd edək ki, monitorinqlər Bakı, Abşeron, Ağdaş, Mingəçevir, Gəncə, Quba, Şabran, Ağcabədi, Beyləqan, Füzuli, Astara, Daşkəsən, Şəki, Lənkəran, Masallı, İmişli, Kürdəmir, Yevlax, Ağsu, Xızı şəhər və rayonlarının seçilmiş məktəblərini əhatə etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR