Bank Of Baku

Əli Əsədov: Türkiyəyə yüksək riskli məhsulların ixracına icazə verilmir, məsələnin həllinə ümidvarıq

Baş nazir Əli Əsədov

© APA | Baş nazir Əli Əsədov

# 22 dekabr 2025 15:51 (UTC +04:00)

2024-cü ilin 1 iyul tarixindən etibarən qida obyektləri üzrə Türkiyənin təsdiq sisteminin ekvivalentliyi birtərəfli qaydada Azərbaycan tərəfindən tanınmışdır.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, buna baxmayaraq Azərbaycandan Türkiyəyə yüksək riskli məhsulların ixracına ümumiyyətlə icazə verilmir və müvafiq təsdiq sisteminin ekvivalentliyinin tanınması məsələsinə baxılmır: “Bu məsələnin müsbət həllinə çox ümidvarıq. Qida təhlükəsizliyi ilə bağlı məsələlər barədə də bu gün bizə məruzə olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR