Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, sosial şəbəkələrdəki informasiyalara diqqətli yanaşsınlar.
APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik leytenant Elşad Hacıyev keçirilən brifinqdə deyib.
“Çünki oradakı bəzi xəbərlər qarşı tərəfin öz cəmiyyətlərində nikbinlik yaratmaq məqsədli manipulyativ xəbərlərdir. Bu, Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək niyyətindən irəli gələn iddialardır və həqiqət deyil”, - o əlavə edib.