"Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır".
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış konfransında deyib.
Onun sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişilməlidir:
"Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunun əməkdaşlarının peşəkarlığı artırılmalıdır".
Nazir müavini qeyd edib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: "Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir".