Ağac əkilməsinin təşviqi, eyni zamanda tullantıların sayının azaldılması və təkrar emala dəstək məqsədilə “Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” aksiyasına bu gündən start verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova APA-ya bildirib ki, bu gün ting paylama aksiyası 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilir.
“Aksiya zamanı vətəndaşlar plastik, şüşə, kağız, işlənmiş batareyaları təhvil verərək əvəzində ağac tingi əldə edə biləcəklər”, - o deyib.
S.Məmmədova hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və “ASAN xidmət” mərkəzlərinin təşkilatçılığı ilə növbəti analoji aksiya 4 noyabr saat 13:30-da Quba “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək”.
“Tullantıları tinglərə dəyiş” aksiyaları barədə ətraflı məlumatı ETSN-in sosial şəbəkələrdəki hesablarından əldə etmək olar.