Bank Of Baku

Fərhad Hacıyev: "Yüksəliş"in qalibləri arasında işsiz adam olmayıb

Fərhad Hacıyev: "Yüksəliş"in qalibləri arasında işsiz adam olmayıb
# 17 may 2023 16:19 (UTC +04:00)

İndiyə qədər "Yüksəliş" müsabiqəsinin qalibləri arasında işsiz adam olmayıb.

APA xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib. Onun sözlərinə görə, qaliblər arasında əksər hallarda sonradan iş yerlərində dəyişiklik də olub:

"Onlar arasında Prezident Adminstrasiyasına da, nazirliklərə də iş yerini dəyişənlər var. Ümumilikdə isə indiyə qədər qaliblər arasında işsiz adam olmayıb".

Fərhad Hacıyev qeyd edib ki, müsabiqənin iyul ayının 15-nə kimi yekunlaşdırılması planlaşdırılıb:

"Mayın 7-də keçirilmiş "Yüksəliş" müsabiqəsində apellyasiyaların sayı 100-ə çatmayıb. Hər mərhələdən sonra yazılı apellyasiyalar qəbul edilir və hər biri cavablandırılır. Sonuncu imtahandan apellyasiyaların sayı 100-ə çatmayıb. Düzdür, biz bir qədər artıq gözləyirdik, amma belə olmadı".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR