Füzulidə 30 il əvvəl itkin düşən şəhid Cahangir Xələfov Şüvəlanda dəfn olunub - FOTO

Füzulidə 30 il əvvəl itkin düşən şəhid Cahangir Xələfov Şüvəlanda dəfn olunub - FOTO
# 28 sentyabr 2023 15:22 (UTC +04:00)

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş Xələfov Cahangir Məmi oğlunun qalıqları Xəzər rayonu Şüvəlan kəndində dəfn olunub.

APA xəbər verir ki, şəhid Cahangir Xələfovla Xətai rayonunda, oğlunun evində vida mərasimi keçirilib. Daha sonra şəhidin qalıqları Şüvəlan kənd qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Xəzər rayonu və Füzuli rayon İcra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Cahangir Xələfov 3 sentyabr 1993-cü ildə Füzuli rayonunun Dördçinar kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR