Gəncədə Mustafa Kamal Atatürkün anadan olmasının 104-cü ildönümü, Gənclər və idman bayramı qeyd olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Gəncədəki Baş Konsulluğunda baş tutan tədbirdə baş Konsul Recep Öztop, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi rəisi Həmid Nəsirov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə iki dövlətin himnləri səsləndirilib. Mərasimdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop hər il 19 may tarixində qeyd olunan “Atatürkü anma, Gənclər və idman bayramı”nın tarixindən danışıb. Daha sonra çıxış edənlər Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.