Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsi yenidən işlənib.
APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “BMT-nin Uşaq Hüquqları Komitəsinin və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, sənəd aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim edilib.
"Ümid edirik ki, sözügedən sənəd öhdəlik üçün qoyulan vaxtda qəbul olunacaq", - deyə o qeyd edib.