Bank Of Baku

Hande Harmancı: Azərbaycanda tütündən istifadə kişilər arasında 40, qadınlar arasında 3%-dir

Hande Harmancı: Azərbaycanda tütündən istifadə kişilər arasında 40, qadınlar arasında 3%-dir
# 07 aprel 2023 17:27 (UTC +04:00)

Azərbaycanda tütündən istifadə kişilər arasında təxminən 40%, qadınlar arasında isə 3%-dir.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, qadınlarla bağlı göstərici normal olsa da, kişilər arasında tütündən istifadənin azaldılması ilə bağlı müvafiq işlər aparılmalıdır.

"Bəzi ölkələrdə qadınlar arasında da tütündən istifadə geniş yayılıb. Bu baxımdan müqayisə edəsi olsaq, Azərbaycanda vəziyyət normaldır. Tütün məhsullarının tamamilə yığışdırıldığı bir ölkə yoxdur. Çünki insanlar istifadə etdiyi müddətcə, hansısa məhsulun satışı qadağan olduğu halda, o qara bazarda satışa çıxarılır. Bu isə istənilməyən bir haldır. Tütünlə mübarizədə ÜST-nin çox sayda araşdırmaları var və mübarizənin ən yaxşı yolları ilə bağlı tövsiyələrimiz var"- deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR