Bank Of Baku

Hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti artırılır

Hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti artırılır
# 03 noyabr 2022 11:02 (UTC +04:00)

İstehsal tarixi 3 ildən, mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 4 il uzadılacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR