Bank Of Baku

I Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO

I Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir  - FOTO
# 23 may 2023 12:35 (UTC +04:00)

“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir.

APA xəbər verir ki, konfrans Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutur.

Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdir.

Tədbirdə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç, AMEA prezidenti İsa Həbibbəyli, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov və digər dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR