Bank Of Baku

İnsult mərkəzində müalicə olunan xəstələrin sayı açıqlanıb

İnsult mərkəzində müalicə olunan xəstələrin sayı açıqlanıb
# 16 noyabr 2022 15:18 (UTC +04:00)

“Ötən il Azərbaycanda yaradılmış ilk insult mərkəzinin xidmətindən 288 xəstə yararlanıb. Onların əksəriyyəti işemik insultdan əziyyət çəkən insanlar olub”.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsində canlı yayımda olan Bakı Sağlamlıq Mərkəzinin İnsult və İnvaziv Nevrologiya bölümünün rəhbəri, nevroloq Pərvin Allahyarova məlumat verib.

P. Allahyarova bildirib ki, mərkəz nazirliyin müvafiq əmri ilə pilot layihə kimi yaradılıb və burada insult xəstəliyindən əziyyət çəkən xəstələrə müasir tibbin standartlarına uyğun xidmət göstərilir:

“Layihənin icrasında dünya miqyasında tanınmış nevroloq olan iki beynəlxalq mütəxəssis-ekspertlər cəlb olunub. Ekspertlərdən biri nevroloq, insult üzrə mütəxəssis Zaza Katsarava, digər isə Məsud Aşinadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR