“Hazırda 400-dən artıq insan skeletinin eyniləşdirilməsi bizim üçün prioritetdir”.
APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu işlə bağlı mütəxəssislərin yaxından köməyi lazımdır:
"Ümid edirəm ki, itkin düşmüş şəxslərin ailələrini sevindirəcəyik. İnanıram ki, Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələdə də bizə köməkliyini göstərəcək”.