Bank Of Baku

İTSDA: İstəyirik gələcəkdə ambulator müalicələrdə də dərman təminatı olsun

İTSDA: İstəyirik gələcəkdə ambulator müalicələrdə də dərman təminatı olsun
# 28 sentyabr 2023 11:28 (UTC +04:00)

İcbari tibbi sığorta paketinə daxil olan xidmətlər zərfi tətbiq ediləndən bəri 3 dəfədən artıq genişləndirilib.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu gün 3315 xidmət daxil edilib:

"Xidmətlər zərfi 3 dəfədən artıq genişləndirilib. Biz istəyirik, gələcəkdə ambulator müalicələrdə də əhalinin dərman təminatı olsun. İcbari tibbi sığortaya başlayarkən 20 özəl tibb müəssisəsi ilə müqavilə bağlanmışdısa, bu gün onların sayı 100-dən artıqdır. 2019-cu ildən bu yana həkimlərin də maaşında kifayət qədər artım olub".

Zaur Əliyev bildirib ki, dövlət tibb müəssisələrində görüləcək işlər çoxdur:

"Bizim əsas məqsədimiz odur ki, vətəndaşlarımızın maddi vəziyyətindın asılı olmayaraq, tibbi xidmətə əlçatanlığı olsun, cibindən vəsait çıxmasın. Biz istəyirik, gələcəkdə ambulator müalicələrdə də dərman təminatı olsun".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR