Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) səhər saatlarında Xankəndidən gəlib Laçın istiqamətinə maneəsiz keçən avtomobilləri geri qayıdıb. Xankəndiyə keçid edən minik avtomobillərində erməni əsilli sakinlər olub.
***
09.22
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 minik,1 yük avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib.
Minik avtomobillərində erməni əsilli sakinlər olub.