Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - FOTO - YENİLƏNİB-1

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - FOTO  - YENİLƏNİB-1
# 06 aprel 2023 14:42 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus 38 maşından ibarət karvan aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Laçından gələn 4 minik, 34 yük maşından ibarət karvan Xankəndiyə gedib.

***

13.12

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 2 minik, 18 yük maşını Laçın istiqamətinə gedib.

***

12.16

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 6 yük maşını Laçın istiqamətinə gedib.

***

09.56

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus maşın karvanının maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK- ya məxsus Xankəndindən gələn 1 minik, 1 tibb, 2 yük maşını Laçın istiqamətinə gedib. Laçın istiqamətindən gələn 1 minik avtomobili isə Xankəndiyə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR