Bank Of Baku

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - FOTO - VİDEO

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - FOTO  - VİDEO
# 28 iyul 2024 14:57 (UTC +04:00)

Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR