Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə direktor təyinatı olub.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Samirə Quliyeva Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunub.
Lənkəran rayon Liman şəhər 16 saylı körpələr evi - uşaq bağçasının müdiri vəzifəsində işləyən Samirə Quliyeva, bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, uşaq evinin direktoru Mehriban Səfərovanın bir qədər əvvəl tutduğu vəzifədən kənarlaşdırıldığı bildirilir.
Bir neçə gün öncə O.Mirzəyev adına qarışıq tipli uşaq evinə Lənkəran İcra Hakimiyyəti başçısının keçmiş müavini, məktəbliyə zorakılıq etdiyinə görə işdən çıxarılan və məhkəmə qərarı ilə 4 min manat cərimə olunan Rasilə Arifqızının təyin olunması barədə məlumat yayılıb. Rasilə Arifqızı bu məlumatı təsdiqləsə də, Lənkəran İH xəbəri təkzib etmişdi.