Bank Of Baku

Mayın 7-də keçirilmiş imtahana 470 nəfər gəlməyib

Mayın 7-də keçirilmiş imtahana 470 nəfər gəlməyib
# 18 may 2023 18:26 (UTC +04:00)

Mayın 7-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçirilmiş imtahanda iştirakı nəzərdə tutulan 23109 nəfərdən 470 nəfər imtahana gəlməyib.

APA Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır.

Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR